"Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, qonaq qismində qazandıqları 4:2 hesablı qələbəni belə şərh edib:
“İki fərqli hissə izlədik. “Zirə” ilə ilk hissədə pis oynadıqsa, ikinci hissə əvəzetmələrdən sonra yaxşı oynamışdıq. Bu dəfə tam əksi oldu. Səbəbini axtaracağıq. Müdafiə bütün komanda deməkdir. Burada da problemlər var idi. Bir az yeniləmək istədik. Rəqib boşluqlar tapırdı. Buna görə əvəzetmələr etdik. Təəssüf ki, düşündüyümüzdən fərqli oldu. Ancaq “Zirə” ilə oyunda məhz bu oyunçular fərq yaradaraq komandaya fayda vermişdilər.
İndi daha müdrik oynamağa başlamışıq. Həm hücumda, həm də müdafiədə belədir. Tovuzda da, burada da ikinci hissənin əvvəlini uduzmuşduq”.