09:10 21.10.2024 574

“Neftçi” ilk qələbəsini qazandı, “Qarabağ” darmadağına sevindi – Tura baxış

Misli Premyer Liqasında II dövrə start götürdü. 10-cu tur “Neftçi”nin ilk qələbəsini qazanmasıyla əlamətdar oldu. “Qarabağ” isə Tovuzda keçirilən oyunda “Kəpəz”in qapısına beş cavabsız top vurdu. 

“Kəpəz” – “Qarabağ” 0:5  
Qollar:
Emmanuel Addai, 18. Aleksey İsayev, 51. Leandro Andrade, 53. Toral Bayramov, 67. Sergey Kaşuk, 78.
"Kəpəz": 1. Rojerio Santos 2. İlkin Qırtımov (k) 11. Orxan Əliyev 12. Turan Manafov 70. Nicat Süleymanov 5. Rauf Hüseynli 26. Valdemar Almeyda 9. Luis Paçu 29. Dioqo Verdaska 3. Mahamadu Ba 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 80. Tural Rzayev 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 10. Karim Lkouça 19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov
"Qarabağ": 99. Mateus Koxalski 30. Abbas Hüseynov 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 18. Olavio Juninyo 6. Julio Romao 15. Leandro Andrade 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 12. Sadiq Məmmədzadə 20. Riçard Almeyda 55. Bədavi Hüseynov 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 90. Nəriman Axundzadə 66. Patrik Andrade 7. Yassin Benzia 8. Marko Yankoviç 19. Redon Cica 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov

Fasilədən əvvəl “Neftçi”ni məğlub etməklə mövsümdəki ilk qələbəsini qazanan “Kəpəz” üçün “Qarabağ”la görüşün çətin keçəcəyi bəlli məsələ idi. Səviyyə fərqi xeyli böyük olduğundan “Kəpəz”in bu dəfə sürpizə imza atacağı gözlənilmirdi. Elə nəticə də bu böyük səviyyə fərqinin göstəricisinə çevrildi. “Köhlən atlar” “Kəpəz”i beş dəfə meydanın mərkəzinə dəvət etdilər. Gəncə təmsilçisi bu qollardan heç birinə cavab verə bilmədi.
Addainin 18-ci dəqiqədə hesabı açdığı oyunda qalan dörd qol ikinci hissədə vuruldu. Azər Bağırov ilk hissədə rəqibə qarşı yaxşı çıxış etdiklərini qeyd edir və çalışdırıcı bu məsələdə haqlıdır. Çünki fasilədən sonra “Kəpəz”in futbolçuları “Qarabağ”ın sürətli oyunu qarşısında aciz qaldı. Vurulan qolların bir-birinə bənzəməsi də elə bunun göstəricisidir. Qol müəllifləri bütün epizodlarda müdafiə xəttini asanlıqla yarıb, qapıçı ilə üzbəüz qalmaqla fərqləndilər.
24 xallı “Qarabağ” turnir cədvəlinə inamla başçılıq edir. “Kəpəz” isə əks qütbdə qərarlaşıb. Sonuncu sırada yer alan Gəncə təmsilçisinin cəmi 3 xalı var.

“Şamaxı” – “Araz-Naxçıvan” 0:1 
Qol:
Felipe Santos, 73.
“Şamaxı”: 1. Rikardo Fernandes 60. Səbayıl Bağırov 4. Adil Nağıyev (k) 10. Emin Zamanov 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 11. Conatan Benteke 20. Leroy Mikels 7. Giorgi Kantariya
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 80. Zahid Mərdanov 13. Ramin Əhmədov 22. Qurban Səfərov 24. Edqar Adilxanov 19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
"Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə 2. Slavik Alxasov 6. Vadim Abdullayev (k) 26. Ömər Buludov 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 34. Urfan Abbasov 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 88. Tuqay Əlizadə 11. Bayraməli Qurbanov 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 17. İssuf Paro 14. Miço Kuzmanoviç
Baş məşqçi: Elmar Baxşıyev

“Şamaxı” heç də pis görünmədiyi qarşılaşmada məğlub oldu. Qarşılaşmadan sonra Ayxan Abbasov bu məğlubiyyətdə hakim səhvinin olduğunu qabardıb, rəqibin qapısına penalti təyin olunmamasından gileyləndi. Amma çalışdırıcının haqlı olub-olmadığını demək çətindir. Çünki bu mövsüm artıq neçəncə dəfədir ki, bu cür mübahisəli epizodlarda dəqiq qərar vermək üçün aydın görüntü tapılmır. Hər halda yekun nəticə “Şamaxı”nın əleyhinə oldu ki, bunu da dəyişdirmək mümkünsüzdür.
Amma “Şamaxı”nın məğlubiyyətində baş hakim Fərid Hacıyevdən daha çox komandanın hücumçusu Conatan Benteke günahkardır. Legioner futbolçu azı üç epizodda əlverişli fürsəti boşa verdi. Bu faktın özü bir daha Azərbaycana gələn legionerlərin səviyyəsinin yüksək olmadığını gündəmə gətirir. Əvəzində “Şamaxı”nın qol ümidi Felipe Santos ardıcıl dördüncü oyunda fərqlənməklə Elmar Baxşıyevi sevindirdi. Onun qolu Şamaxıdakı qarşılaşamada da həlledici oldu və “Araz Naxçıvan”a minimal hesablı qələbə qazandırdı.
9 oyuna 20 xal toplayan “Araz Naxçıvan”ın ilk üçlükdə qərarlaşması yetərincə yaxşı nəticədir. 12 xalı olan “Şamaxı” isə 6-cı pillədədir.

"Neftçi" – "Səbail" 3:1  
Qollar:
Ramil Şeydayev, 45+3. Dembo Darbo, 58, 67 - Samir Abdullayev, 90+3.
Edvin Kuç 81-ci dəqiqədə meydandan kənarlaşdırılıb - qırmızı. 
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
"Neftçi": 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darbo, 20. Alfa Konte.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin.
Baş məşqçi: Samir Abasov.
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 10. David Qomis, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Keta, 5. Gitay Sofir, 21. Ayman Bouali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 77. Fərid Nəbiyev, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev

Roman Qriqorçukun gedişindən, onun yerinə Samir Abasovun gətirilməsindən sonra “Neftçi”nin qələbə həsrəti də sona çatdı. “Ağ-qaralar” hesabat turunda “Səbail”i 3:1 hesabıyla məğlub etdilər. “Neftçi”nin üstünlüyü ilə keçən qarşılaşmanın ilk yarısında hər şey qolsuz heç-heçəyə doğru gedərkən Ramil Şeydayev uzaq küncü nişan alaraq hesabı açdı. Uzun müddətdir ki, qol vura bilməyən Dembo Darbo 58 və 67-ci dəqiqədə vurduğu qollarla “dubl”unu rəsmiləşdirdi. 3:0 hesabıyla öndə olan və bunun rahatlığı ilə oynayan “Neftçi”ni 93-cü dəqiqədə gözəl qolla Samir Abdullayev cəzalandırdı. Amma bu qol da zəif təsəllidən başqa heç nəyə yaramadı.
“Neftç”inin aktivində 8, “Səbail”in aktivində isə 7 xal var. Bu komandalar müvafiq olaraq 7-ci və 8-ci pillələrdə qərarlaşıblar.

"Zirə” – “Sabah” 1:1 
Qollar:
Giorgi Papunaşvili, 90+1 - Cesae Sekidika, 7.
"Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev 
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 24. Yusuf Laval, 17. Ayron Qomis, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah": 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 11. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç

Turun son oyun günü azarkeşlər bir-birindən maraqlı iki qarşılaşma izlədilər. Zirədəki Olimpiya Kompleksinin stadionunda mükafatlar uğrunda mübarizə aparan “Zirə” ilə “Sabah” qarşılaşdı. Artıq birinci hissədə qonaq komanda hesabda önə keçdi. Bu mövsüm qolçuluq məharətini sərgiləməyi bacaran Sekidika 7-ci dəqiqədə “Sabah”ı önə keçirdi. Qoldan sonra da “Sabah” yaxşı görünür, tez-tez “Zirə”nin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdı. Buna baxmayaraq, meydan sahibləri məğlubiyyətlədən qaçmağı bacardı. Giorgi Papunaşvili əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə “Zirə”ni məğlubiyyətdən xilas edən qolu vurdu. Belədə tərəflər hərəyə bir xalla kifayətləndilər. 
Maraqlıdır ki, hər iki komanda 16 xal toplayıb. Topların daha yaxşı fərqinə görə “Zirə” 4-cü, “Sabah” isə 5-ci pillədə qərar tutub.

“Sumqayıt” – “Turan Tovuz" 2:4 
Qollar:
Nikola Vuynoviç, 32. Kamran Quliyev, 87 - Alexandro Serrano, 16,. Otto Con, 25. Veysəl Rzayev, 26. Aleks Souza, 78.
"Sumqayıt": 1.Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 7. Rövlad Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8.Səbuhi Abdullazadə, 23. Cordan Rezabala, 6. Vüqar Mustafayev (k), 9. Nikola Vuynoviç, 2. Sərtan Taşkın, 99. Silvanus Nimeli
Ehtiyat oyunçular: 20. A.Süleymanlı, 21. N.Əhmədzadə, 19. R.Kehat, 60. T.Mossi, 10. R.Sadıxov, 11. F.da Silva, 36. X.Fərzullayev, 5. A.Dias, 95. M.Miloviç, 12. G.Karaişvili, 94. R.Əzizli, 24. S.Muradlı
Baş məşqçi: Vaqif Cavadov
"Turan Tovuz": 1. İvan Konovalov, 5. Roderik Miller, 4. Şəhriyar Əliyev (k), 25. Denis Marandiçi, 77. Veysəl Rzayev, 80. Otto Con, 15. E.mmanuel Hakman, 23. Aleks Serrano, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 99. Sadiq Şəfiyev
Ethiyat oyunçular: 41. S. Samok, 71. M. Hacıyev, 39. S. Quliyev, 33. E. Turabov, 10. X. Nəcəfov, 8. T. Bayramli, 13. F. Yusifli, 44. R. Əhmədov, 21. A. Souza, 6. A. Qadiri, 7. İ. Zülfüqarli, 11. A. Hüseynov
Baş məşqçi: Kurban Berdiyev

Kurban Berdiyev Sumqayıtda “İldırımsürətli hücum planı”nı işə salmaqla Vaqif Cavadovun elitadakı debütünü korladı. 26 dəqiqəyə 3 qol vuran qonaqlar görüşün taleyini həll etmiş kimi göründülər. Bununla belə “Sumqayıt” asan təslim olmadı. Nikola Vuynoviç 32-ci dəqiqədə fərqi azaltdı. Çoxsaylı cəhdlər kifayət etməyincə “Sumqayıt” bundan artığını edə bilmədi. Düzdür, meydan sahibləri 87-ci dəqiqədə daha bir qol vura bildilər. Kamran Quliyev adını tabloya yazdırdı. Amma buna qədər Souza “Turan Tovuz”un 4-cü qolunu vurmuşdu. Beləcə yekunda meydan sahibləri 2:4 hesablı məğlubiyyətlə barışmalı oldular.
Xalını 21-ə yüksəldən “Turan Tovuz” lider “Qarabağ”ın ən yaxın izləyicisidir. Riad Rəfiyevlə Samir Abasovun şərikli əsəri olan “Sumqayıt” isə 9-cu sıraya qədər geriləyib. Komandanın aktivində cəmi 7 xal var.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

phrase_var_core.fb
X