Binə qəsəbə stadionunda süni ot örtüyünün dəyişdirilir.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni quraşdırılan süni ot örtüyü FIFA-nın ən son müasir standartlarına cavab verəcək.
Örtük tamamlandıqdan sonra FIFA Quality Pro sertifikatına malik olacaq.
Binə qəsəbə stadionu hazırda I Liqa, II Liqa, Əvəzedicilər liqası, həmçinin aşağı yaş qrupu komandaları tərəfindən istifadə olunur.