Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"ın qonağı olacaq "Ayaks" Bakıya 24 futbolçu ilə gələcək.
Fanat.Az xəbər verir ki, məlumatı Amsterdam təsmilçisinin rəsmi saytı yayıb.
Niderland millisinin 31 yaşlı sabiq yarımmüdafiəçisi Devi Klassen və 21 yaşlı müdafiəçi Yuri Bas ölkəmizə təşrif buyurmayacaqlar.
Bakıya yollanacaq heyət isə belədir: Cey Qorter, Remko Pasveer, Diant Ramay, Devayn Renç, Anton Qoei, Jorrel Hato, Ouen Veyndal, Ahmetcan Kaplan, Daniel Ruqani, Dis Yanse, Yosip Sutalo, Cordan Henderson, Kennet Teylor, Branko van den Boomen, Kian Fitz-Cim, Benjamin Tahiroviç, Brayan Brobbi, Çuba Akpom, Mika Qodts, Bertran Traore, Vaut Veqhorst, Kristian Rasmussen, Yorti Mokio, Ceydon Banel.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Ayaks" matçının start fiti Bakı vaxtı ilə saat 20:45-də səsləndiriləcək.
Nihat