"Ayaks" komandasının baş məşqçisi Françesko Farioli Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin oyunundan əvvəl keçirilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, o, sabah komandasını çətin mübarizə gözlədiyini deyib:
"Türkiyədə işlədiyim üçün Azərbaycan barədə məlumatlıyam. Bilirəm ki, bu ölkələr yaxındırlar. Zədəli futbolçularımız var. "Qarabağ" çox güclü komandadır. Rəqib haqda məlumatlıyıq. Oyundan əvvəl təbii ki, araşdırmalar aparmışıq. Bəzi futbolçuları fərdi analiz etmişik. Proqnoz vermək çətindir. Bizim işimiz rəqibi düzgün təhlil etmək, onların zəif tərəflərini müəyyənləşdirməkdir. Hədəfimiz ən yaxşı nəticəni qazanmaqdır.
Uduzmaq? Futbolda hər şey olur. Biz öz oyunumuzla öz məqsədimiz haqda düşünürük. Gözlənilməz nəticə qeydə alınsa, növbəti oyuna hazırlaşacağıq".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq