Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gələn "Ayaks"ın baş məşqçisi Françesko Farioli matçdan sonra təşkil edilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Nəticə məni çox razı saldı. Futbolçularım öz bacarıqlarını nümayiş etdirərək qələbə qazandılar. "Qarabağ" ilk hissədə çox fantastik oyun nümayiş etdirdi. Mən dünənki mətbuat konfransında da bildirmişdim ki, bu komandaya qarşı bizi çətin oyun gözləyir. Təbii, qırmızı vərəqədən sonra görüşdə müəyyən dəyişikliklər baş verdi. İlk qoldan sonra matçda üstünlüyü ələ ala bilmişdik. Üçüncü qola qədər meydanda gərgin mübarizə gedirdi. Hakim idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt referilərin qərarlarını müzakirə etmirik".