Misli Premyer Liqasının 11-ci turunda baş tutan qərb derbisində "Kəpəz"i 2:1 hesabı ilə məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis belə danışıb:
"Başlanğıcı çıxsaq, ən pis oyunlarımızdan birini keçirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Uşaqların özlərinə də dedim. Belə davam edə bilməz. Arxayınlıq yox idi. Futbolçulara bildirmişdim ki, "Kəpəz" turnir cədvəlində layiq olduğu yerdə deyil. Bu gün bəxtimiz gətirdi.
Xəyal Nəcəfov milliyə çağırılandan sonra əsas heyətdə oynamır? Bəli, Xəyal yığmadan funksional olaraq yaxşı qayıtmayıb. Onun həm də müəyyən ailə problemləri var. Biz də çalışırıq ki, ona dəstək olaq".
Nihat