19:54 29.10.2024 3287

Azərbaycan Kuboku: "Araz-Naxçıvan", "Kəpəz" və "Səbail" darmadağınla 1/8-də!

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.

Oyunlardan üçü Premyer Liqa təmsilçilərinin iştirakı ilə reallaşıb ki, bu görüşlərdə sürpriz yaşanmayıb. Əksinə, elita təmsilçiləri ikinci liqa komandalarını böyük hesabla üstələyiblər. "Araz-Naxçıvan" Mərdəkanda "Şahdağ Qusar"ı 4, "Kəpəz" Tovuzda "Ağdaş"ə və "Səbail" Bayılda "Dinamo"nu 6 cavabsız qolla məğlub edərək mübarizədən kənarlaşdırıb. 
Daha bir görüş isə I Liqa təmsilçisi MOİK ilə II Liqa komandası "Şimal" arasında baş tutub ki, "hərbçilər" statuslarını doğruldublar.  

Qeyd edək ki, ilk 1/8 finalçı dünən müəyyənləşib. "Hypers Guba" üzərində 7:2 hesablı qələbə qazanan "Turan Tovuz" mərhələni çətinlik çəkmədən adlayıb.

İkinci mərhələyə sabah və birisigün keçiriləcək 6 oyunla yekun vurulacaq.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi
29 oktyabr 

 
MOİK – “Şimal” 3:1 

Qollar: Cavid Tağıyev, 17. Bəxtiyar Soltanov, 55. Cavidan Abbaszadə, 90+1 - Məhəmməd Ağayev, 90+3.

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Murad Səlimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança) 

MOİK: 32. Murad Ağamalıyev, 77. Cavid Tağıyev, 22. Ülvi İbazadə, 97. Fərid Abbaslı, 8. Ramil Orucov, 15. Nihad Tamazov, 10. İbrahim Əliyev, 5. Nihad Qurbanlı (k), 23. Vüsal Əsgərov, 20. Nurlan Bayramov, 6. Rüstəm Hümbətov.
Ehtiyat oyunçular: 1. Zeynal Əhmədzadə, 25. Elşən Abdullayev, 7. Fərid Kərimzadə, 66. İlqar Nuruşov, 13. Elton Əlibəyli, 17. Xəqani Sadıxov, 53. Elnur İbrahimov, 9. Cavidan Abbaszadə, 11. Balamirzə Soltanov, 3. Mirəli Əhmədov, 31. Klinton Uqbene.
Baş məşqçi: Qəzənfər Abbasov.

“Şimal”: 1. Natiq Daşdəmirli, 18. Tural Cəlilov (k), 5. İqrar Səmədov, 13. Qeybulla Kaçayev, 9. Şahlar Sədiyev, 14. Sabir Əlişan, 16. Amil Məmmədov, 27. Pərviz Azadov, 8. Pirverdi Seyidov, 77. Ceyhun Kəlbəliyev, 25. Tərlan Vəlimətov. 
Ehtiyat oyunçular: 7. Emin Əsəkərov, 17. Cavad Hacıyev, 4. Ülvi Zeynalov, 6. Məhəmməd Ağayev, 11. Mirzə Bayrampur, 44. Tofiq Nəsibov, 15. Elmar Babayev.
Baş məşqçi: Rəcəb Mahmudov.

“Şahdağ Qusar” – “Araz-Naxçıvan” 0:4

Qollar: Sənan Ağalarov, 16; 49. Bernardo Dias, 45. Elcan Məmmədov, 80.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Rəhman Aslanov, Niyaz Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mərdəkan. “Liv Bona Dea Arena”

“Şahdağ Qusar”: 12. Rafiq Kərimov, 15. Nodar Məmmədov, 14. Rahid Əmirquliyev (k), 19. İlyas Səfərzadə, 6. Vüsal Hüseynov, 70. Ruslan Hacıyev, 9. Famil Camalov, 4. Rubin Seyidov, 21. Ruslan Ağalarov, 71. Cavid Quliyev, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 1. Babək Allahverdiyev, 99. Elmar Əzizov, 8. Fərman Qənbərov, 88. Mehdi Rəsulov, 7. Salman Atluxanov, 44. Afin Bağırov, 17. Emin Quliyev, 10. Mehman Məsimov, 30. İlkin Mikayılov, 55. Firuz Əhmədov, 38. Said Əliyev.
Baş məşqçi: Elnur Abdullayev.

“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov (k), 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 88. Tuqay Əlizadə, 24. Mustafa Əhmədzadə, 57. Elcan Məmmədov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Baş məşqçi: Elmar Baxşıyev.
 
“Ağdaş” – “Kəpəz” 0:6

Qollar: Lassana Ndiaye, 10. Karim Lkouça, 17-pen; 42. Rzayev, 21; 60. Nicat Məmmədov, 63.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Rasim Axundov, Əkbər Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz şəhər stadionu

“Ağdaş”: 1. Ümid Paşayev, 5. Vasif Nəsirov (k), 9. Oleq Xəlilov, 33. Elçin Süleymanov, 4. Azad Əzimli, 24. Elvin İsmayılov, 8. Akif Abdullayev, 20. Ülvi Sarıyev, 36. Şahin Həsənli, 21. Eşqin Vəliyev, 14. Aqşin Yaqubov
Ehtiyat oyunçular: 12. Ruslan Hüseynov, 18. Pərvin Quliyev, 26. Taleh Yusifli, 27. Rəvan Əliyev. 
Baş məşqçi: Ruslan Hüseynov.

“Kəpəz”: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 12. Turan Manafov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 29. Dioqo Verdaşka, 78. Yeqor Xvalko (k), 10. Karim Lkouça, 19. Lassana Ndiaye.
Ehtiyat oyunçular: 1. Rojerio Santos, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Suleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 57. Amur Yusifov, 9. Luis Paçu, 77. Viktor Braqa.
Baş məşqçi: Azər Bağırov. 

“Dinamo” – “Səbail” 0:6 
Qollar: Oruc Məmmədov, 21. Vüsal Məsimov, 24. Gülağa Əsədov, 39, 56. Ayman Bouali, 65. Fərid Şahhüseyni, 81.

Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bayıl. “ASCO Arena”

“Dinamo” 1. İbrahim Bağırov, 6. Ramal Əhmədov, 11. Şahin Əliyev, 3. Nicat Əskərov, 20. Valeh Seyidov (k), 14. Əlisa İsayev, 10. Ziya Məmmədli, 19. Əlibala Ağayev, 18. Aydın İsxanzadə, 44. Əli Məmmədli, 88. Aqil Hüseynzadə. 
Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı, 15. Tərlan Veysəlli, 7. Əkbər Səfərzadə, 22. Fərid Quliyev, 99. Kənan Əlizadə, 5. Cavid Məmmədov, 4. Qürbət Əhmədov, 8. Uğur Sayıll, 17. Fizuli Dəmirov, 2. Nihad Mahmudzadə. 
Baş məşqçi: İsmayıl Vəkiliqazicahani. 

"Səbail: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli (k), 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 64. Tofiq Bayramov, 97. Oruc Məmmədov, 21. Ayman Bouali. 
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 47. Vüsal Alızadə, 71. Bəhram Köçərli, 84. Teymur Məmmədov, 36. Azad Əsgərov, 94. Fərid Şahhüseyni, 62. Altayturan Bektaşoğlu, 10. David Qomis, 14. Suleyman Alluş. 
Baş məşqçi: Şahin Diniyev. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X