Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda səfərdə "Bursa Nilufer"lə üz-üzə gəlib.
3:2 hesablı qələbə qazanan paytaxt təmsilçisi Renatın komandası növbəti mərhələsinə yüksəlib.
Bir müddət öncə əməliyyat edilən Renat görüşü kənardan izləyib.