Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə sabah yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mərhələnin sonuncu günü 2 qarşılaşma baş tutacaq.
"İmişli" - "Cəbrayıl" və "Qəbələ" - "Baku Sportinq" görüşləri başa çatdıqdan sonra bütün 1/8 finalçılar müəyyənləşəcək. Mübarizəyə 1/8 finaldan qoşulacaq "Qarabağ" "İmişli" - "Cəbrayıl" cütünün qalibini gözləyir. "Qəbələ" ilə "Baku Sportinq"in duelində qalib olacaq komanda isə növbəti mərhələdə "Kəpəz"lə qarşılaşacaq.
Beləliklə, bu gün keçirilən oyunlardan sonra artıq 6 cüt bəllidir:
Araz-Naxçıvan - Mingəçevir
Zirə - Şamaxı
Qaradağ Lökbatan - Səbail
Neftçi - Difai
Turan Tovuz - Sabah
Sumqayıt - MOİK