"Neftçi" yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Esports Events Azerbaijan” ilə əməkdaşlığını elan edib:
"Azərbaycanda ənənəvi idmanın “Esports” ilə bir araya gəldiyi bu möhtəşəm mühitin bir parçası olun. “Neftçi” PFK olaraq “Esports” və gənc nəslin potensialına olan inancımızla bu əməkdaşlığı EEA ilə həyata keçiririk. Sizə beynəlxalq və regional yarışlar, yüksək mükafatlı turnirlər, hər həftə “giveaway”lər, “showmatch”lar və daha çox əyləncəli anlar təqdim edəcəyik.Gələcəyin idman mədəniyyətinə qoşulun və rəqabət dolu anları bizimlə yaşayın!"