"Kəpəz" Misli Premyer Liqasının 12-ci turunda "Səbail"lə keçirəcəyi oyuna itkilərlə hazırlaşır.
Gəncə klubunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, bakılılarla oyunda azı üç futbolçunun olmayacağı dəqiqləşib.
Ötən turda baş tutan “Turan Tovuz” – “Kəpəz” matçı bitdikdən sonra hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alan Dioqo Verdaska 1 oyunluq diskvalifikasiya olunduğu üçün komandasına kömək edə bilməyəcək.
Elmir Tağıyev və Elgün Bayramov isə zədədən əziyyət çəkir.
Heyətdə yüngül zədəsi olan daha bir-iki oyunçu da var, ancaq onların üç gün sonra meydana çıxa biləcəyi gözlənilir.
Qeyd edək ki, "Kəpəz" - "Səbail" oyunu bazar günü baş tutacaq və saat 16:00-da start götürəcək
Mirağa