Misli Premyer Liqasının 12-ci turunda "Səbail"i qəbul edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra (1:0) təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis belə danışıb:
"Son oyunlar bizi ruhlandırmışdı. Bu gün tam istədiyim oyunu görə bilməsəm də, mübarizə var idi. "Səbail"in oyununu da qeyd etməliyım. Rəqibin meydana "beşli müdafiə" ilə çıxması da müəyyən qədər oyunumuzu pozdu.
Ötən turda son dəqiqədə qol buraxıb uduzmuşduqsa, bu gün əksi oldu. Oyundan oyuna daha yaxşı elementlər görürük. İkinci hissədə daha yaxşı göründük. Cəsarətlə irəli atılıb qol vurmağımız qələbə istəyindən irəli gəlir".
Mirağa