“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 12-ci turu çərçivəsində doğma meydanda “Sabah”a qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Çox yaxşı komandaya qarşı oynadıq. Futbolçularım matça yaxşı motivasiya olmuşdular. Məşqdə istədiklərimizi oyunda icra etdilər. Çətin, amma çox lazımlı qələbə idi. Ümidvaram ki, bundan sonra da komandada qələbə ruhu davam edəcək.
Rəqibə epizodlar vermədik. Müdafiədə qalmağımızın bir məqsədi var idi. Planımızı icra etməyə çalışırdıq. Allahın izni ilə son dəqiqələrdə gözəl qol vurub, qələbə qazandıq. Hər şey istədiyimiz kimi oldu. Səbirli, istəkli davrandıq. Eyforiyaya qapılmamalıyıq. Hər oyuna qələbə istəyi ilə çıxacağıq. İşimizə məsuliyyətlə yanaşsaq, hər şey yolunda olacaq və istədiyimiz yeri tutacağıq”.