13:41 07.11.2024 1143

Riad Rəfiyev idman jurnalistlərindən prokurorluğa şikayət etdi - AÇIQLAMA

"Sumqayıt" futbol klubunun prezidenti Riad Rəfiyev iki saytın rəhbəri, jurnalistlər Anar Şabanoğlu ilə İxtiyar Əsgərov haqda Baş Prokurorluğa şikayət edib. Həmkarlarımız prokurorluğa dəvət olunublar və izahatları alınıb.

Fanat.Az onlarla əlaqə saxlayaraq "Sumqayıt"ın şikayət predmetini öyrənməyə çalışıb. 

"Sports.az"-ın baş redaktoru Şabanoğlu ittihamı əsassız adlandırıb: "Riad Rəfiyev bizdən Baş Prokurluğa şikayət edib. Guya yazılarımızda onun şərəf və ləyaqətini alçaltmışıq, təhqir etmişik. Halbuki söhbət tənqiddən gedir. Bir yazı yox, bir neçə yazıda klubun və Rəfiyevin fəaliyyəti tənqid olunub. Məsələn, ötən mövsüm "Sumqayıt"ı hakimlərin "dartıb" avrokuboklara çıxartması haqda yazıdan şikayət olunub. Ancaq bu bir faktdır, həmin yazılarda bəhs edilən oyunların videoları var. O yazıda hər şey faktlarla yazılıb. Bundan başqa, digər yazıda klubun rəsmi mövqeyinin öyrənilməsinə baxmayaraq, yenə ittiham üçün əsas göstəriblər. Bildiyiniz kimi, İlqar Qurbanovla Riad Rəfiyev uşaqlıqdan dost olub. Amma İlqar "Sumqayıt"da olanda onun kartına külli miqdarda "qara pullar" köçürülməsi haqda söz-söhbət var. Buna görə İlqarla Riadın münasibətlıri korlanıb. Eyni maxinasiyanın "Sumqayıt"ın Yavər adlı sürücüsünün də başına gəldiyi deyilir. Yavər bəyin aztəminatlı ailədən olduğu və bir zamanlar sosial müavinət aldığı bildirilir. Amma belə bir adamın kartına fantastik məbləğ köçürüləndən sonra onun ailəsinə sosial müavinətin dayandırıldığı iddia edilir. Bu məsələlər haqda mediada daha əvvəllər də bəhs edilib. Amma nədənsə Riad indi "ayılıb", məsələni araşdırmaq istəyən, "Sumqayıt"dan rəsmi mövqe öyrənən bir saytın baş redaktorunu məhkəməyə verir. Daha doğrusu, məhkəməyə yox, prokurorluğa şikayət edir. Baş Purokurorluğa çağırmışdılar ki sizdən şikayət var tanış olun, izahatımızı aldılar". 

İxtiyar Əsgərov da rəhbəri olduğu "Matç.az"-da işıq üzü görən yazılarda təhqirdən söhbət getmədiyini vurğulayıb: "Rəfiyev saytda şərəf və ləyaqətinin aşağılandığını iddia edib. Halbuki şikayət edilən yazılarda heç bir məhkəmə predmeti, şərəf və ya ləyaqətin aşağılanması yoxdur. Məsələn, ötən mövsüm "Turan Tovuz" "Sumqayıt"a uduzdurulacaq?" sərlövhəli bir xəbərə görə şikayət olunub. Prokurorluq əməkdaşı soruşdu, bildirdim ki, yazının başlığı sual işarəsi ilə verilib. Qarşı tərəf bir yazıda "yarıtmaz fəaliyyət" ifadəsini şərəf və ləyaqətin aşağılanması kimi qələmə verib. Dedim əgər bu ifadədə təhqir varsa, istənilən cəzanı çəkməyə hazıram. Tələb edirlər ki, yazı silinsin və üzr istənilsin. Bildirdim ki, nə yazı silinəcək, nə də üzr istəyəcəyik".  

Həqiqətən "yarıtmaz" ifadəsində təhqir elementi yoxdur. Şikayəti, onun mətnini hazırlayan klub nümayəndəsi bunu bilməmiş deyil. Digər tərəfdən, həmkarlarımızdan İxtiyar Əsgərov sosial şəbəkə hesabında "Sumqayıt"ın mətbuat xidmətinin sözçüsü Zaur Xudiyevdən gileylənib. Məsələyə "Sumqayıt" tərəfinin də mövqeyini öyrəndik. Xudiyev ilk öncə "Matç.az" saytının rəhbərinin iddiası ilə razılaşmadığını bildirdi: "İxtiyar niyə elə yazıb, bilmirəm. Mən də onun bir statusa belə bir rəy yazdığını gördüm. Amma bu məsələ ilə bağlı mənim heç bir əlaqəm yoxdur, qətiyyən belə deyil. Mən bu çəkişmənin heç bir yerində yoxam. Jurnalistlərə qarşı bu iddianı Riad Rəfiyev qaldırıb. Mən sadəcə, klubun adından açıqlama verə bilərəm. Yəqin ki, İxtiyar səhv edib. Başqa heç bir şərh vermək istəmirəm. 

O ki qaldı klubun mövqeyinə, bununla bağlı rəsmi açıqlamamız var. Hüquqşünasımız tərəfindən hazırlanmış açıqlamadır. 

Barəsində Baş Prokurorluğa şikayət olunan jurnalistlər əməkdaşlıq və qarşılıqlı işbirliyi üçün “Sumqayıt” Futbol Klubuna müraciət edib, onların istəkləri ilə strategiyamız uyğun olmadığı üçün bu təklif rədd edilib. Sonra isə həmin jurnalistlər tərəfindən klub prezidenti Riad Rəfiyev barəsində mütəmadi olaraq, yalan, şər-böhtan xarakterli məlumatlar yazılır və tirajlanır. Komanda rəhbərinin şəxsi və işgüzar nüfuzuna, şərəf və ləyaqətinə, “Sumqayıt” Futbol Klubunun peşəkar fəaliyyətinə zərər vermək məqsədilə mütəmadi olaraq yazılan şər-böhtan xarakterli məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan sonra iş müvafiq orqanların nəzarətindədir. Əminik ki, hüquq-mühafizə orqanları işə ədalətli və düzgün qiymət verəcəklər".

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

Facebookdan bizi izləməyi unutmayın.
X