"Qarabağ”ın futbolçusu Toral Bayramovun Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda Norveçdə “Budyo Qlimt”ə vurduğu qol sözügedən turnirdə həftənin ən yaxşı qolu seçilib.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Digər namizədlər Almaniyanın “Ayntraxt” (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi “Ludoqorets”dən Erik Markus və Türkiyənin “Qalatasaray” kollektivindən Yunus Akgün idi.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşib. “Qarabağ” Norveçdə rəqibini 2:1 hesabı ilə yenib. Toral fantastik vuruşla hesabı açıb.