Misli Premyer Liqasının 13-cü turunda "Sabah"la görüşdə bərabərə qalan "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçı şərh edib.
Fanat.Az xəbər verir ki, o, 2:2 bitən oyunla bağlı bunları dilə gətirib:
"Emosiyalar qarışıq idi. Gərgin oyun oldu. Oyunu üç hissəyə bölərdim. Qola qədər, qoldan sonra və son dəqiqələr. Qələbə qazanmaq istəyirdik. Heç-heçəyə baxmaq belə istəmirik, komandada qələbə ruhu yaşatmaq istəyirəm. Qələbə istəsən, heç-heçə sənin olacaq. Meydanda döyüşməyəcəksənsə, rəqib səni üstələyəcək. Birinci məqsədimiz döyüşkən, kimdənsə çəkinməyən komanda yaratmaqdır. İnanıram ki, fasilə xeyrimizə olacaq. Oyundan-oyuna döyüşkənlik, ritm artıb. Düşünürəm ki, xeyrimizə olacaq. Uşaqlar sona qədər mübarizə aparır. Son 4 turda əlavə vaxtlarda ekstra qələbə istəyi olur. Qorxaq adamla yola çıxmaq olmaz".
Qeyd edək ki, "Kəpəz" 7 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.