Cənubi Koreya çempionatında 37-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” bu turda səfərdə “İnçhon Yunayted”lə qarşılaşıb.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Start "11-lik"də yer alan Anton 15-ci dəqiqədə qol vurub. Məhz bu qol görüşün nəticəsini müəyyələşdirib. O, matçın 90+1 və 90+3-cü dəqiqələrində sarı vərəqələr alaraq meydandan qovulub.
Hazırda 45 xalı olan “Daejeon” turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.