Misli Premyer Liqasının XIII turunda baş tutan "Kəpəz" - "Sabah" görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu "sarı-göylər"in heyətində 50-ci çempionat matçına çıxıb.
Bu oyunlarda 6 qol vuran Orxanın məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl "Neftçi" ilə görüşdə dubla imza atıb.
Orxan "Sabah"la oyunda həm rəqib qapısına yol tapıb, həm də avtoqol müəllifi olub.
Qeyd edək ki, "Kəpəz" hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.