14:47 26.11.2024 972

Ponomaryovun panaması

Azərbaycan futbolu ilə dərindən maraqlanan İqor Ponomaryovu tanımaya bilməz. 1978-1981 və 1983-1988-ci illər aralığında "Neftçi"nin formasını geyinən məşhur veteran hazırda həm "Sabah"ın Müşahidə Şurasının üzvü, həm də idman direktorudur. Masazır komandasının oyunlarında klub rəsmiləri üçün nəzərdə tutulmuş lojada tez-tez boy göstərməsi təbii haldır. Adam Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Turan Tovuz"la üz-üzə gələn "bayquşlar"ın 1:1 hesabı ilə başa çatan matçını da ayağını ayağının üstünə aşırmış vəziyyətdə canlı izləyirdi. Kaş həmin gün Tovuza təşrif buyurmaya və bir hörmətsizliyi ilə stadiondakıların mənəvi qınağına tuş gəlməyəydi...  

Ardıcıl 7-ci görüşdə qələbə qazana bilməyən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçin qarşılaşmanın ardından istefaya göndərilməsində, onun yerinə rus mütəxəssis Vasili Berezutskinin gətirilməsində şübhəsiz, İqor Anatolyeviçin də xüsusi rolu var. Berezutskinin nə ilə yadda qalacağını, yerli çempionatın ritmini tuta bilib-bilməyəcəyini təbii ki, zaman göstərəcək. Amma razılaşaq ki, Renduliçin qovulması həm doğru, həm də bir qədər gecikmiş addım sayılır. Rusiya millisinin sabiq müdafiəçisinin gözləniləndən daha yaxşı təyinat olduğuna, maliyyə problemindən əziyyət çəkməyən "Sabah"ı yeni inkişaf mərhələsinə çatdıracağına biz də inanmaq istərdik. Bu başqa məsələ ki, hələ əcnəbi mütəxəssislərdən heç biri "bayquşlar"a titul qazandırmaq işinin öhdəsindən gələ bilməyib. İndiyədək baş məşqçi qismində çalışmayan Vasiliyə ölkəsində qazanmadığı şansı Azərbaycan klubunun verməsi də özlüyündə çox böyük etimaddır. Bu, öz yerində, qayıdaq məni Ponomoryov haqda yazı yazmağa məcbur edən fakta.

Futbolun siyasətə qatmaq niyyətindən uzağam. Ancaq 44 günlük Vətən müharibəsindən sonra hər oyunun 44-cü dəqiqəsində yerli futbolsevərlərin "ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz" şüarı ilə tribunaları ayağa qaldırması olduqca dəyərli ənənədir. Uzun sürən həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün canından keçən şəhidlərimizin hər qarşılaşmada yad edilməsi BÖYÜK MİSSİYA, bu şüar səsləndirilərkən kimliyindən asılı olmayaraq, hər kəsin ayağa qalxması mənəvi borc məsələsidir. Hətta kimin başında papaq varsa, papağını, şlyapa varsa, şlyapasını, panama varsa, panamasını çıxarmalı, heç vaxt yüksələ bilməyəcəyi zirvənin önündə ən azı ruhən baş əyməlidir...

Təəssüf ki, oyuna panamasız gələn Ponomaryov nəinki ayağa qalxaraq panamasını çıxardı, heç ayağını ayağının üstündən də götürmədi. Başqa sözlə, Tovuz stadionunun dolu tribunalarının yaxınlıqdakı ŞƏHİDLƏR XİYABANINI da ağuşuna alan hayqırtısı İqor Anatolyeviçin tükünü də tərpətmədi. Bəziləri sözügedən şəxsin Azərbaycan dilini bilmədiyi üçün şüarı başa düşmədiyini iddia edə bilər. Belədirsə, lap pis. O, heç olmasa, bir neçə ildir formalaşdırılan ənənəvi şüarla tanış olmalı, futboldan daha vacib məqamı qulağardına vurmamalıydı. İqor Anatolyeviçin ölkənin qanlı-qadalı illərində İsveçə getdiyini, ara sakitləşənə, Ermənistanla 1994-cü ildəki atəşkəs sazişi imzalanana qədər gözə dəymədiyini yenidən incələmək fikrində deyiləm, ancaq mənəvi məsələlərə həssas yanaşmaq bütün klub rəsmilərinin, o cümlədən Ponomoryovun da boynunun borcudur. 

Ümid edək ki, klub rəhbərliyi 1960-cı ildə Bakıda doğulmuş adama bu yöndə iradlarını bildirərək təlimatlandıracaq, hətta növbəti səfər qarşılaşmasından öncə Tovuzdakı ŞƏHİDLƏR XİYABANINI ziyərət etməyi, başında olsa, real, olmasa, xəyalən panamasını çıxarmağı tapşıracaq. Axı Ponomaryov Panamada doğulmayıb...

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 Yanvar 2025
22:58

Belçika millisindən qovulan Tedesku Ukrayna ilə oyunun nəticəsini proqnozlaşdırıb

22:30

2025-ci ilin açılış oyunu məhsuldar alındı - VİDEO

22:03

Qurban Qurbanov "Şamaxı" üzərində qələbəni belə şərh etdi

21:44

"Leroy Mikelsin olmaması oyuna təsirsiz ötüşmədi" - Ayxan Abbasov

21:25

Erreranın yeni klubu bilindi - RƏSMİ

20:54

MPL: "Qarabağ" "Şamaxı"ya qalib gəldi

20:25

"Qarabağ"ın futbolçusu mükafatlandırıldı

20:03

"Kəpəz"in yeni transferi: "Komandamız elitada qalmağa fokuslanıb"

19:38

AGF ötən il göstərilən nəticələrə əsasən reytinq siyahısını təqdim etdi

19:17

Amrabat Acun Ilıcalının klubunda - RƏSMİ

18:49

"Çelsi" qazaxıstanlı hücumçunu transfer edir

18:10

Atçılıq Federasiyasında ilə yekun vuruldu, yeni baş katib seçildi

17:48

Tanınmış türk mütəxəssislər Azərbaycana gəldilər

17:30

Ule-Qunar Sulşer rəsmən "Beşiktaş"da

17:13

"Bizi "Sumqayıt"la çətin oyun gözləyir" - Alberto Blanko

16:55

Tedesko istefaya göndərildi - RƏSMİ

16:37

"İndikindən çox oynayacağımı gözləmirdim" - Endrik

16:18

"Leyptsiq" 19 yaşlı hücumçunun transfer hüquqlarına yiyələndi

16:00

Diallo het-trik etdiyi oyundan sonra nə danışdı?

15:42

Birinci Liqa təmsilçisinə danışılmış oyunlarla bağlı seminar keçirildi

15:24

"Real" Kamavinqanı itirdi

15:06

"İstəyirəm ki, insanlar mənə təzyiq etsinlər və..." - Erlinq Holand

14:47

Dieqo Karlos Türkiyə nəhənginə keçir - Razılıq əldə edildi

14:29

"Beşiktaş" Sulşerlə bağlı yayılan məlumatları təsdiqlədi

14:11

Ançelotti "Real" azarkeşləri tərəfindən fitə basılamasına belə reaksiya verdi

13:53

"PSJ-də uğur qazanmağıma eqom mane oldu"

13:35

"Mançester Siti" Holandla müqavilə yenilədi

13:16

Mbappe Benzemanın uğurunu təkrarladı

12:58

“Neftçi” Rusiya çempionatından qapıçı gətirdi

12:40

Azərbaycan güləşçiləri Bolqarıstan turnirinə yollanacaqlar

12:23

Sulşer İstanbul nəhənginin baş məşqçisi olacaq

12:05

"Neftçi" "Azərreyl"ə qarşı

11:47

Sabiq "Barselona"lı İtaliya klubundan ayrıldı

11:28

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:09

Alleqrinin yeni iş yeri bilindi

10:50

ABL: Lider "Sabah" "Sərhədçi" ilə üz-üzə

10:31

Slimani Avropaya qayıtdı - RƏSMİ

10:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Bayer"in ulduzu Musialanı qabaqladı

09:00

"Barselona" səs-küylü transferə hazırlaşır

Facebookdan bizi izləməyi unutmayın.
X