20:30 27.11.2024 369

"Qarabağ"ın bu oyunda xal və xallar qazanmaq ehtimalı yüksəkdir" - Aslan Kərimov

Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində sabah "Olimpik Lion"u qəbul edəcək "Qarabağ" evdə Fransa klubunu yenəcəyi halda, pley-offa yüksəlmək yolunda inamlı addım atacaq. Bəs görəsən təmsilçimizin bu işin öhdəsindən gəlmək ehtimalı nə dərəcədə realdır? "Köhlən atlar"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb bu barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" Fransanın sayılıb-seçilən komandasına qarşı oynayacaq. Rəqibin heyətində Lyakazett, Matiç kimi tanınmış ulduzlar başda olmaqla, çox səviyyəli futbolçular var. Əla heyətə malik "Olimpik Lion"un Bakıda müdafiəyə çəkiləcəyini düşünmürəm. Həm "Beşiktaş"a evdə 0:1 hesabı ilə uduzduqları oyuna, həm də başqa bir neçə qarşılaşmalarına baxmışam. Rəqib yaxşı təşkil edilmiş, öz futbol fəlsəfəsinə sadiq, topla oynamağı sevən komandadır. Bundan öncə həm Avropa Liqasında, həm də Liqa 1-də keçirdikləri oyunları təhlil etsək, topu rəqiblərinə verməməyə çalışdıqlarını və bu işi çox yaxşı bacardıqlarını görərik. Fransa təmsilçisi mövqeli hücumlar qurmağı, qol vəziyyətləri yaratmağı xoşlayır. 

Təmsilçimizin onların hücumda oynamağı sevməsindən istifadə edəcəyinə inanıram. Fikrimcə, "Qarabağ"a müdafiədə müəyyən  boşluqlar verəcəklər. Müdafiənin arxasına atılan toplardan Leandro Andrade, Juninyo kimi sürətli ön xətt oyunçuları faydala bilərlər. Belə ötürmələr etməyi bacaran Marko Yankoviç də heyətdədir. Düşünürəm ki, "Lion" təmsilçimizi öz qapısına sıxışdırmağa çalışacağı üçün "Qarabağ"ın əks-hücumlarla qonaqları cəzalandırmaq imkanları qazanacaq. Məncə, "Qarabağ"ın bu oyunda xal və xallar qazanmaq ehtimalı yüksəkdir. Müdafiədə kompaktlığı qorumaq şərti ilə...

"Qarabağ"ın sürətli cinah oyunçuları rəqib futbolçuları qırmızı vərəqə almağa sövq edə bilsələr, şansımız daha da artar. Düzdür, "Tottenhem"lə səfər matçında meydan sahiblərini azlıqda qoymaq mümkün olsa da, qələbə qazana bilməmişdik. Amma "Olimpik Lion"la matçda say üstünlüyü bizə çox şey verər".

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 Yanvar 2025
02:34

Liqa 1: PSJ Parisdə sürprizə imkan vermədi

02:08

A Seriyası: "İnter" səfərdə, "Napoli" evdə sevindi

01:26

"Barselona" "Real"ı darmadağınla yenərək İspaniya Superkubokuna sahib çıxdı

00:54

La Liqa: "Atletiko Madrid"ə 1 qol bəs etdi

12 Yanvar 2025
23:47

Almaniya Bundesliqası: "Leyptsiq" 3 xalı 4 qolla qazandı

23:21

"Mançester Yunayted" "Arsenal"ı mübarizədən kənarlaşdırdı

23:02

Türkiyə Super Liqası: "Qalatasaray"dan əzmkar qələbə

22:50

Samir Abasov “Neftçi”nin təlim-məşq toplanışını dəyərləndirdi - VİDEO

22:11

Futzal üzrə Azərbaycan Kuboku: 1/4 finalçılar bilindi

21:54

Mahir qol vurdu, komandası qələbə qazandı

21:19

"Bir dəfə qalib gəlirsənsə..." - Amorim Ferqyusondan nə danışdı?

20:50

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:22

"Şamaxı" daha bir futbolçusu ilə vidalaşdı - RƏSMİ

19:52

"Turan Tovuz" Özbəkistan komandasına da uduzdu

19:25

Qurban Qurbanov Juninyo ilə bağlı son vəziyyəti açıqladı

18:59

"Həm oyun təcrübəsi, həm də yüklənmə baxımından uğurlu matç oldu"

18:17

"Qarabağ" "Zirə"ni yendi

17:55

3 hissəli oyunun qalibi "Sabah" oldu

17:20

"Fənərbağça"da yeni müqavilə

16:55

Koman bu ay İngiltərə nəhənginə keçə bilər

16:10

Noyer son qərarını açıqladı

15:51

ABL: "Gəncə" "Sumqayıt"ı yendi

15:09

"Şəki"nin sabiq basketbolçusu "Abşeron"a qoşuldu

14:44

"Kəpəz"in futbolçusu aşağı liqa komandasına keçdi

14:14

"Qarabağ"ın rəqibindən əzmkar qələbə

13:57

Ciddədə "Real Madrid" - "Barselona" dueli: İspaniya Superkubokunu kim qazanacaq?

13:33

Rəşad Sadıqov rəmzi "11-lik"də

12:54

UNEC klubunun voleybolçusu: "Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırır"

12:18

"Benfika" növbəti tituluna qovuşdu

11:57

Süleymanova DÇ-yə vəsiqə qazandı

11:19

ABL: Bu gün 10-cu tura yekun vurulacaq

10:48

Danimarkalı hücumçu Fransa klubuna keçdi - RƏSMİ

10:13

Günün oyunları bu kanallarda - AFİŞA

09:41

Qvardiola Uokerin getmək istədiyini təsdiqlədi

09:00

"Mançester Siti" 92 il sonra bacardı

11 Yanvar 2025
23:15

Anri bu milli komandanı çalışdırmağa əsas namizəddir

22:06

"Zirə" məşqçisi ilə vidalaşdı

21:38

Kurban Berdıyev legioner limitinin ləğv olunmasını istəmir – VİDEO

21:00

Azərbaycan mundiala ev sahibliyi edəcək

20:21

Elmar Baxşıyev "Səbail"lə oyunu dəyərləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X