Misli Premyer Liqasının 15-ci turunda "Qarabağ"ı qəbul edəcək "Neftçi"nin oyuna neçə itki ilə çıxacağı bəllidir.
Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:
"Cəzalı oyunçumuz yoxdur. Zədəlilərə gəlincə, Azər Salahlının qış fasiləsinə oynamayacağı əvvəldən bilinir. Emin Mahmudov isə hələ kollektiv məşqlərə qatılmır. O da "Qarabağ"a qarşı mübarizə aparmayacaq".
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşü dekabrın 1-də baş tutacaq. Matçın start fiti saat 19:00-da səsləndiriləcək.
Nihat