Tanınmış şərhçi Elnur Məmmədli televiziyaya qayıdıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri əvvəl çalışdığı "CBC Sport" kanalında yenidən şərhçiliyə başlayacaq.
O, xəbəri saytımıza təsdiqləyib. Tanınmış jurnalist kanalda xarici çempionatlar, eləcə də avrokubok oyunlarını şərh edəcəyini bildirib.
Xatırladaq ki, Məmmədli 2023-cü ilin yayından AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəridir.
Mirağa