Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı hücumçunun komandası II Bundesliqanın XIV turunda öz meydanında "Fortuna Düsseldorf” ilə üz-üzə gəlib.
Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.
Start "11-lik"də yer alan Emreli 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Nürnberq" təmsilçisi turnir cədvəlinin 12-ci pilləsində mövqe tutub.
Nihat