Uğurlu mövsüm keçirən "Araz-Naxçıvan"ın qış planları məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi fasilə dönəmində təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmayacaq.
Dekabrın 23-də futbolçular qış tətilinə buraxılacaq. İki həftəlik istirahətdən sonra komanda üzvləri yanvarın 5-i bir araya gəlib hazırlığa start verəcəklər.
Təlim-məşq toplanışını Bakıda keçirəcək Elmar Baxşıyevin komandası fasilə müddətində 1 sınaq matçı planlaşdırır. Oyun yanvarın 10-12-si aralığında baş tutacaq. Rəqibin adı isə qarşıdakı günlərdə bəlli olacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" 15 turdan sonra 36 xalla 2-ci pillədə qərarlaşıb. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 16-cı tur çərçivəsində dekabrın 7-də autsayder "Səbail"lə qarşılaşacaq. Oyun saat 15:00-da start götürəcək.
Mirağa