10:43 06.12.2024 650

Riad Rəfiyevin məhkəməyə dediyi yalan - AFFA və PFL münasibət bildirdi

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev “matc.az” və “sports.az” saytlarının rəhbərləri İxtiyar Əsgərov və Anar Şabanoğludan məhkəməyə şikayət edib. Bir ay əvvəl həmkarlarımızdan Baş Prokurorluğa şikayət edən və bu addımı ilə qınaq obyektinə çevrilən klub rəhbəri bu dəfə məhkəmənin yolunu tutub. Rəfiyevin bu müddət ərzində "daşı ətəyindən tökmək istəməyib Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ünvanlamasına iradımız yoxdur, yəqin ki, hüquq-mühafizə orqanlarımız ədalətli qərar çıxaracaq və söz azadlığını boğmaq istəyən birinin yersiz istəyi baş tutmayacaq.

Məsələ burasındadır ki, Riad Rəfiyev məhkəməni yanıltmağa çalışır. O, özünün "daha böyük funksioner" olduğunu göstərmək üçün məhkəməyə təqdim etdiyi şikayətində "xidmətini şişirtməkdən" çəkinməyib. "Sumqayıt"a rəhbərlik etdiyi dövrdə komandasının "Çempionlar Liqasına yüksəldiyini" qeyd edib. 



Azərbaycan futbolunda bunu da görəcəkmişik. "Sumqayıt" nə yatdı ki, nə də yuxu gördü?" "Yatmağına yatıb qaldığı vaxtlar az olmayıb, amma Riad bəyin "şirin yuxu"su heç vaxt çin olmayıb axı. Bəlkə o, menecer kimi futbolçu verdiyi hansısa klubun çempionluğunu özünün, belədə həm də "Sumqayıt"ın adına çıxır? Yəqin ki, hüquq-mühafizə orqanları Riad Rəfiyevin məhkəməni yanıltmağa yönəlmiş ittihamnaməsini gözdən keçirərkən bu məqamı nəzərə alacaq. 



"Matç.az" saytı bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasına sorğu ünvanlayaraq ölkə futboluna rəhbərlik edən qurumlardan “Sumqayıt”ın ölkəmizi nə vaxtsa Çempionlar Liqasında təmsil edib-etməməsini dəqiqlləşdiriblər.

Cavabları nəzərinizə çatdırırıq:

AFFA: “Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt” Futbol Klubu ölkəmizi Çempionlar Liqasında təmsil etməyib. “Sumqayıt” Futbol Klubu 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında mübarizə aparıb”.

PFL: “Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt” Futbol Klubu Azərbaycanı 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında təmsil edib. Klub Çempionlar Liqasında iştirak etməyib”.

Qeyd edək ki, Çempionlar Liqasında ölkəmizi yalnız Azərbaycan çempionu olmuş komanda təmsil edə bilər. “Sumqayıt” isə Riad Rəfiyevin dövründə nəinki Azərbaycan çempionu olub, heç ikinci yeri də tutmayıb.

Beləliklə, ölkə futboluna rəhbərlik edən qurumların rəsmi cavablarından bir daha aydın olur ki, Riad Rəfiyev məhkəməyə yalan məlumat verib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 May 2025
01:15

Liqa 1: PSJ Parisə xalsız qayıtdı

01:06

İspaniya La Liqası: "Barselona" büdrəmədi

00:52

İtaliya A Seriyası: Lider səfərdə, "İnter" evdə tək qolla qazandı

00:45

Almaniya Bundesliqası: "Borussiya" Dortmundda şou göstərdi

00:34

İPL: "Arsenal" evdə uduzdu

03 May 2025
23:46

Türkiyə Super Liqası: "Qalatasaray" İstanbulda coşdu

23:14

Elmar Baxşıyev "Sabah"la oyun barədə nə danışdı?

22:46

"Əfsuslar olsun ki, yenə heç-heçə etdik" - Vasili Berezutski

22:17

Azərbaycan komandasından "bürünc"

21:27

MPL: Şamaxıda da heç-heçə qeydə alındı, Mərdəkanda da

21:13

"Turan Tovuz"un əvəzedicilərindən qələbə

20:43

Komandası bərabərliyə razılaşdı, Kökçü hanı?

20:10

Azərbaycan cüdoçularından ilk gündə 12 medal

19:38

Ayxan Abbasov autsayderlə heç-heçəni belə şərh etdi

19:19

"Böyük-böyük danışmaq istəmirəm, amma məncə..." - Elvin Məmmədov

19:03

Qələndərzadə qabırğası sındığı üçün təsəlliverici qarşılaşmaya çıxmadı

18:40

Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirildi

18:11

Müllerə beyin silkələnməsi diaqnozu qoyuldu

17:42

Stolüstü tennis üzrə ölkə birinciliyi başa çatdı

17:06

Özbəkistan boksçuları Bakıdadırlar

16:38

AFFA Region Liqasında 1/4 finalın təqvimi bilindi

16:09

"Qalatasaray"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə keçə bilər

15:47

"Real"la vidalaşmam fantastik olacaq" - Karlo Ançelotti

15:14

"Real" Bellingemsiz qaldı - RƏSMİ

14:45

"İnter" bu mövsüm Çempionlar Liqasından nə qədər qazanıb? - MƏBLƏĞ

14:13

Azərbaycan millisinin üzvü oynadı, komandası liderliyini möhkəmlətdi

13:55

"Qarabağ"ın oyununun biletləri satışda

13:24

"Qarabağ" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - SON DURUM

12:42

Bunu bir Messi bacarıb, bir də De Bröyne

12:18

"İnter"in qol ümidi "Barselona" ilə cavab oyununu buraxa bilər

11:58

“Bakı Marafonu”na görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

11:13

Məşhur portuqaliyalı istefaya göndərildi

10:41

"Prezident Kuboku -2025" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib - FOTO

09:51

"Kevin De Bröyne kimi oyunçular insanların ürəklərindədir"

02 May 2025
23:53

"Əminəm ki, Saliba olmaq istədiyi yerdədir" - Mikel Arteta

23:30

"Benfika" ispanı İspaniya nəhənginə 10 qat baha satmaq istəyir

23:09

"2-ci yerin dadı tam başqadır" - Rəşad Sadıqov

22:54

"Traktor" tarixində ilk dəfə İran çempionu oldu

22:30

"Təbii ki, belə oyunla harasa getmək çətindir" - Kurban Berdiyev

22:21

"Liverpul"un sabiq yarımmüdafiəçisi karyerasını bitirəcəyini bəyan etdi

Facebookdan bizi izləməyi unutmayın.
X