17:52 07.12.2024 437

"Sumqayıt" Riad Rəfiyevin məhkəməyə müraciət ərizəsindəki səhvləri etiraf etdi

Bildiyiniz kimi, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev iki azərbaycanlı idman jurnalistini - Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib. Müraciət ərizəsindəki reallıqla əlaqəsi olmayan müəyyən ifadələr isə son günlər futbol ictimaiyyəti arasında gülüş obyektinə çevrilib. Artıq Rəfiyevin rəhbərlik etdiyi klub həmin ifadələrlə bağlı rəsmi bəyanat yayıb.

Fanat.Az bəyanatı təqdim edir:

"Hörmətli media nümayəndələri və futbolsevərlər!

Nəzərinizə çatdırmaq istəyirik ki, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyevin jurnalistlər - Anar Şabanoğlu və İxtiyar Əsgərovla bağlı qaldırdığı məhkəmə iddiası ilə bağlı müraciət ərizəsində müəyyən yanlışlıqlar gedib. 

Təqdir edərsiniz ki, məhkəmə mübahisələri hüquqşünasların icrasında olan məsələdir, iddia ərizəsi vəkil tərəfindən hazırlanıb və təəssüf ki, qeyd olunan informasiyaların bəziləri dəqiqləşdirilmədən, xüsusilə bir neçə epizodda termin xətaları ilə birlikdə vəkilin imzası ilə və onun tərəfindən məhkəməyə təqdim olunub. Qarşı tərəfin iddialarının əksinə olaraq, hansısa yalan məlumat yox, yanlış məlumat qeyd edilib.

Xüsusilə iddiaların mərkəzində yer alan "Çempionlar Liqası" ifadəsi klubun qısa zaman kəsiyində 3 dəfə iştirak etdiyi (Bir dəfə Avropa Liqası, iki dəfə isə Konfrans Liqası) "Avrokuboklar" ifadəsinin əvəzinə yanlışlıqla yazılsa da, bu, şikayət mətninin mahiyyətini və Riad Rəfiyevin uğurlu idarəedici persona olması reallığını dəyişmir. 

Əlavə olaraq qeyd etmək istərdik ki, məhkəmə icraatında olan bir işlə, həmçinin şəxslərin fərdi, şəxsi və ailə həyatı ilə bağlı məlumatların əks olunduğu bu cür paylaşımlar etmək qanunvericiliyə ziddir. 
Komandamızın ölkə çempionatı və kubokunda vacib oyunlarının olduğu bir zamanda azarkeşlərimizdən və idman ictimaiyyətindən bu kimi ciddi əsası olmayan iddialara qarşı verdiyimiz açıqlamalara görə bizi üzrlü hesab etmələrini, əsas diqqəti meydandakı mübarizəyə ayırmaqlarını xahiş edirik".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 May 2025
22:23

"Sabah"ın baş məşqçisini itkilər qayğılandırmır

21:40

Məşhur Manolo vəfat etdi

21:15

"Zirə" "Turan Tovuz"la oyuna 3 itki ilə çıxacaq - AÇIQLAMA

20:45

"Meydana sanki yuxulu çıxmışdıq və bu bizə baha başa gəldi" - Ferran Torres

20:17

"Dinamo"dan qovulan Liçkanı bu mütəxəssis əvəzlədi

19:50

"Barselona" Kundesiz qaldı - RƏSMİ

19:20

Birinci Liqa: "Mingəçevir"dən darmadağın, "Cəbrayıl"dan minimal hesablı qələbə

18:39

Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilir

18:16

"Nəticələrin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq" - Mirnazim Cavadov

18:01

"Prezident Kuboku - 2025": Azərbaycan idmançıları daha 2 medal qazandılar

17:43

"Daha böyük yarışların təşkili üçün Azərbaycanın potensialı olduqca yüksəkdir" - ECA prezidenti

17:24

"Təşkilatçılığı çox bəyəndim, hər şey yaxşı düşünülüb" - Rimas Sukatskas

17:06

"Çelsi" vaxtından əvvəl çempion oldu

16:48

Amorim "Atletik" - "Mançester Yunayted" oyunundan öncə belə danışdı

16:30

"Onda Yamaldan üstün nəsə var idi" - Fabio Kapello

16:11

Rüdiger karyerasını bitirmək təhlükəsi ilə üzləşdi - SON DURUM

15:53

"Necə ola bilər ki, səfərdə 3 qol vurasan və bu sənə heç bir üstünlük verməyə?" - Anri

15:35

“Xankəndi” azarkeşlərinə müraciət etdi - VİDEO

15:16

MPL: 33-cü turun təyinatları açıqlandı

14:58

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu

14:39

Yuri Syomin Moskva klubunu çalışdırmağa yaxındır

14:20

"Milanda finaldan əvvəlki final olacaq" - Hans-Diter Flik

14:01

Əlcəzair millisinin oyunçusu "Bayer"lə anlaşdı - RƏSMİ

13:43

Azərbaycan güləşçiləri Zəfər kubokunda iştirak edəcəklər

13:25

Hələ tarixdə Yamal kimisi olmamışdı - Rekord yeniləndi

13:07

Edersonun iki müştərisi var - Hansı Avropa nəhəngini seçəcək?

12:49

"Sumqayıt"da baş məşqçi istefası reallaşdı

12:32

"Real Madrid"in ən yaxşı oyunçusu bəlli oldu - Ardıcıl ikinci dəfə

12:14

Bakıda Avropa kuboku başlayır

11:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:40

"Prezident Kuboku-2025”: Avarçəkmə üzrə ikinci yarış gününə start verildi

11:23

Yüksək Liqa: Dördüncü dövrə mərkəzi oyunla start götürür

11:05

KL: "Çelsi"nin İsveç, "Fiorentina"nın İspaniya sınağı - YENİLƏNİR

10:46

ML: Azərbaycan millisi yarımfinala yüksəldi

10:27

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər bəlli oldu

10:06

"O, 50 ildə bir dəfə dünyaya gələn istedadlardandır" - İnzaqi Yamala heyran qalıb

09:45

Avropa Liqasında yarımfinal mübarizəsi başlayır - YENİLƏNİR

09:23

Lionel Messi ÇL ilə vidalaşdı

09:00

"Barsa" "İnter"ə asanlıqla qalib gələ bilərdi" - Lamin Yamal

00:55

ÇL: "Barselona" "İnter"lə məhsuldar bərabərliyə razılaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X