"Kəpəz"in zədəli futbolçusu Luis Paçunun durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, MRT müayinəsindən keçən hücumçunun bud əzələsində zəif dartılma aşkarlanıb.
O, həftəsonu Misli Premyer Liqasının 17-ci turu çərçivəsində "Neftçi"yə qarşı oyunda iştirak edə bilər.
Qeyd edək ki, Luis Paçu son turda "Zirə" ilə baş tutan matçın (0:4) 15-ci dəqiqəsində zədələnərək əvəzlənmişdi.