Misli Premyer Liqasının 17-ci turunda lider "Araz-Naxçıvan"ın qonağı olacaq "Sabah"ın liderlə oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Cəzalı futbolçumuz yoxdur. İvan Lepinitsa zədəli olduğu üçün "Araz-Naxçıvan"a qarşı oynaya bilməyəcək".
Qeyd edək ki, dekabrın 14-də keçiriləcək "Araz-Naxçıvan" - "Sabah" matçının start fiti 16:30-da səsləndiriləcək.
Nihat