Premyer Liqanın ilk yarısında qeyri-sabit çıxışla diqqət çəkən "Şamaxı" mövsümün qalan hissədinə ciddi dəyişikliklərlə hazırlaşacaq. Hər halda, komandada "təmizləmə" başlayıb, artıq 5 futbolçu göndərilib. Gözlənilir ki, bölgə təmsilçisi heyətinə yeni oyunçular cəlb edəcək. "Şirlər"in təcrübəli qolkiperi Kamal Bayramovla əlaqə saxlayıb bununla bağlı fikirlərini öyrəndik.
Bayramovun Fanat.Az-a açıqlaması belə oldu:
"Əvvəlacə təyyarə qəzasında həyatını itirənlərin yaxınlarına başsağlığı vermək istəyrəm.
Bu mövsüm yalnız kubok oyununda şansı qazanmışam. Nə qədər mənə ehtiuac olacaq, o qədər də xidmət göstərəcəyəm. Rikardo uğurlu mövsüm keçirir. Hazırda mənim üzərimə düşən təcrübəmi bölüşməkdir. Öyrənməyə can atan adamlarla təcrübəmi məmnuniyyətlə bölüşürəm. Mən çılğınam? Bəli, beləyəm. Məncə, futbolçu çılğın və aqressiv olmalıdır. Bu mövzuda mövqeyimi dəyişmirəm. Ətraflı danışmaq lazımdırsa, fikrimi arqumentlərlə əsaslandıra bilərəm. İdmanda, xüsusən də futbolda sakit olmaq olmaz. Özüm də belə futbolçuları, yəni aqressiv olanları daha çox bəyənirəm.
Komandaya gəlincə, deyim ki, hər şey qaydasındadır. Bəzən mətbuatda xoşagəlməz şayiələrə rast gələ bilərsiniz. Deyim ki, yalnış məlumatdır. Hər şey qaydasındadır. Biz hazırki halımızdan razıyıq. Mövsümdəki hədəflərimizə bəllidir, hələ çempionatın əvvəlində bizə bu barədə məlumat verilib. Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Gözəl mübarizə aparırıq, hətta döyüşürük!
Bu mövsüm ilk iki dövrədəki hakimliklə bağlı danışmalı olsam, deməliyəm ki, təkcə bizim komandaya yox, hamıya qarşı səhv qərarlar çox oldu. VAR sistemi varkən, yanlış qərarların və kobud səhvlərin əziyyətini ən çox biz çəkirik".
Rafael