"Şamaxı" futbolçusu Edqar Adilxanovla müqavilə müddətini artırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
19 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti iki il yarımlıq - 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Edqar Adilxanov bu mövsüm Azərbaycan Premyer Liqasında 10 oyuna çıxıb, 2 qol vurub.