“Karvan” klubunda ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, I Liqa təmsilçisi hücumçusu Xəzər Mahmudovla yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubla oyunçu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Karvan” I Liqada 11 turdan sonra 25 xalla 2-ci sıradadır.