"Səbail" klubunda ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı Bakı klubunun mətbuat xidməti açıqlayıb.
"Dənizçilər" gənc yarımmüdafiəçi Gülağa Əsədovla yolları ayırıb. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Səbail" 21 yaşlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Əsədov "Mingəçevir"ə transfer olunub. Onun I Liqa təmsilçisinə keçidini ilk olaraq Fanat.Az yayıb.