Birinci Liqa komandasının baş məşqçisi getdi

Birinci Liqa komandasının baş məşqçisi getdi

Azərbaycan I Liqasında çıxış edən "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri postu ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib.

O, komandadan öz istəyi ilə getdiyini açıqlayıb.

Qeyd edək ki, 11 tura 14 xal toplayan "Cəbrayıl" I Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər