“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, bunu Tovuz klubunun mətbuat xidməti açıqlayıb.
Qərb təmsilçisini Jo Batista Santosu heyətinə qatıblar. Braziliyalı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçunun son klubu Portuqaliya təmsilçisi "Çaviş" olub.