13:29 30.01.2025 282

AFFA danışılmış oyunlarda iştirak edənləri ömürlük cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, danışılmış oyunlarda iştirak edən oyunçular futbol fəaliyyətindən ömürlük uzaqlaşdırılıblar:

I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.01.2003-cü il təvəllüdlü Xudaverdiyev Xəyal Aqil oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);
 
I Liqada “Mingəçevir” klubunda çıxış edən 27.05.1999-cu il təvəllüdlü Kərimov Mövlan Elşən oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);
 
I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 107.2);
 
26 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2);
 
26 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XX turun “Qarabağ” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə “Qarabağ” klubu 2000 manat cərimə edilir (maddə 73.3);
 
27.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XX turun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Araz-Naxçıvan-2” komandası 100 manat cərimə edilir (maddə 91);
 
27.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XX turun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununun matçöncəsi iclasında stadion və təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
 
27.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XX turun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının heyətində 4 futbolçu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
27.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XX turun “Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının heyətində 5 futbolçu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
24 yanvar 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən “Şamaxı” FK – “Səbail” PFK oyununda “Səbail” PFK komandasının heyətində 10 nömrəli futbolçu Aslan Hüseynov qarşılaşmanın 90+4-cü dəqiqəsində rəqib komandanı təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)
 
25 yanvar 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən “Qarabağ” FK – “Sabah” FK oyununda “Sabah” FK komandasının heyətində 96 nömrəli futbolçu Emil Əmirov qarşılaşmanın 45-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
25 yanvar 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən “Qarabağ” FK – “Sabah” FK oyununda “Qarabağ” FK komandasının heyətində 19 nömrəli futbolçu Eltun Babazadə qarşılaşmanın 87-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)
 
22 yanvar 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən “European Football Academy” – “Səbail” PFK oyununda “European Football Academy” komandasının heyətində 10 nömrəli futbolçu Nicat Quluzadə qarşılaşmanın 90-cı dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)
 
26 yanvar 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “Zirə” PFK oyununda “Zirə” PFK komandasının geyim meneceri Samir Həşimov qarşılaşmanın 40-cı dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)
 
23 yanvar 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilməli olan “Səbail” PFK  - “Mübariz” FA oyunu “Mübariz” FA komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Mübariz” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).
 
26 yanvar 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən “Şamaxı” FK – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının heyətində 14 nömrəli futbolçu Hüseyn Hümbətov qarşılaşmanın 55-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
25 yanvar 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən “Qəbələ” İK – “Sabah” FK oyununda “Sabah” FK komandasının heyətində 6 nömrəli futbolçu Kənan Əliyev qarşılaşmanın 69-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)
 
25 yanvar 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “European Football Academy” – “Qarabağ” FK oyununda  “Qarabağ” FK komandasının heyətində 17 nömrəli futbolçu Məhəmməd Bağırov qarşılaşmanın 33-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına və meydanı tərk etdiyi zaman hakimlər briqadasını təhqir edilməsinə görə 3 oyun cəzalandırılsın. (maddə 43.3)
 
25 yanvar 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən “Xan” FK – “Ulduz” FA oyununda  “Ulduz” FA komandasının heyətində 28 nömrəli futbolçusu Rasim Əliyevin qarşılaşmanın 58-ci dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
26 yanvar 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilməli olan “Troya” FC – “Lamasya Baku” oyunu “Troya” FC komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Troya” FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

Facebookdan bizi izləməyi unutmayın.
X