"Səbail”in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “Qarabağ”dan aldıqları 0:5 hesablı yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
“İki dəfə ardıcıl “Qarabağ”la qarşılaşdıq. Bu, bizim kimi komanda üçün çox çətin oldu. İlk 65 dəqiqəni yaxşı oynadıq, amma heyətimiz kasaddır. Kubok oyununun təsiri oldu ki, biz bu mübarizəni 90 dəqiqəyə kimi gətirib çıxara bilmədik. Kubok oyunu olmasaydı, daha yaxşı çıxış edərdik”.