22:29 16.02.2025 462

"Bacarmadıq, effekti görmədik" - Samir Abasov

"Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 23-cü turunun matçında - “Qarabağ”la oyunundan sonra baş tutan mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

Rəhman Hacıyev, Ramil Şeydayevi məcburiyyətdən meydana buraxdınəz, yoxsa həqiqətən inanırdız ki, nəsə edəcəklər?
– Məşqçinin dəyişikləri uğurlu olmaya bilər. Ötən oyun Emil Səfərovla Ramil Şeydayev qol epizodu yaratdı. Bu dəfə alınmadı. Fikirləşdik ki, Filip Ozobiç və Ağadadaş Salyanski ayaqlarına zərbə aldıqları üçün ağrıları var idi. Hücumu gücləndirmək istədik. Bacarmadıq, effekti görmədik. Futboldur da, bir dəfə tutar, bir dəfə tutmaz. Rəhman da, digərləri də fikirləşməlidilər ki, oyuna belə çıxmaq olmaz. Bacardığını qoymalısan ki, komandaya kömək edəsən.

Sonuncu dəfə “Qarabağ” üzərindəki qələbəniz “Neftçi”yə çempionluq gətirmişdi. Ola bilər ki, 2021-ci ildə “Qarabağ”ı çox pis əsəbiləşdirmişdiz?
– Çox istəkli idik. Üç qələbədən sonra motivasiya yerində idi. Ajiotaj yaranmışdı. Azarkeşlərimə təşəkkür edirəm. Yaxşı ab-hava yaratmışdıq. Oyuna yaxşı başlamışdıq. “neftçi” uzun müddəti “Qarabağ”a qarşı belə oynamamışdı. Səhv oldu. Rəqib 10 nəfərlə qaldıqdan sonra biz də sanki rahatlaşdıq. “Qarabağ”a qarşı etdiyimiz həmişəki kimi səhvi etdik. Əfsuslar olsun ki, azarkeşlərə qələbə qazandıra bilmədik. Önümüzə baxacağıq.

Bəlkə Rəhmanın əvəzinə Murad Məmmədovu meydana buraxmaq olardı?
– Azarkeş gözü ilə danışılan söhbətlərdir. Onun əvəzinə bu, bunun əvəzinə o.. Hücumu gücləndirmək istəyirdik. İndi danışmaq rahatdır ki, kaş bunu edərdik. Hücumu gücləndirmək istəyirdik.

“Qarabağ” 11 nəfərlə olanda da “Neftçi” daha üstün oynayırdı. Kevin Medinanın qırmızı vərəqə alması sizin planınızı pozdu?
– Oyuna hazırlaşanda “Qarabağ”ın 11 oyunçusuna qarşı hazırlaşırsan. Rəqibin təzyiqini, əks-hücumlarını nəzərə alırsan. Medinanın qırmızı vərəqəsindən sonra çox şey dəyişdi. Top bizdə idi. Ortada çevik, kreativ oyunçu çatışmazlığı var idi. Əlimizdə olan materiallarla oyunu qurduq. Bəli, Medinanın qırmızı vərəqəsi oyunumuzu pozdu. Rəqibin qırmızı alması xoşdur. Amma əfsuslar ki, belə oldu.

Derbidə məğlubiyyət gözlənilən idi. Bu məğlubiyyət bundan sonra mərhələyə necə təsir edəcək?
– İnşallah olmaz. Bu oyunun 1-ci hissəsində etdiklərimizin ən yaxşısını önə çıxarıb, ən yaxşısını edəcəyik. Ən pis şeydən ən yaxşısını çıxarsaq, bizim üçün yaxşı olacaq. Komandam son matçlarda pis oynamır. İstəkliyik. Zaman lazımdır ki, düşüncələrimizi meydanda daha rahat edək. Psixoloji baxımdan bizə təzyiq var idi. Sanki digər komandalar uduzmur. Son görüşlər göstərir ki, düzgün yoldayıq. Oyunçular oyuna yaxşı köklənirlər. Davam edəcəyik.

– “Neftçi”nin kubokdakı final şansları? Finalda “Qarabağ”la qarşılaşa bilərsiz…
– Hələ finala çıxaq. Görək “Qarabağ” özü çıxacaq finala… Finala bir oyundan ibarətdir. Biz çətin səbətdəyik. Kubokda qırğın oyunlar gedəcək.

Matçdan sonra futbolçular azarkeşlərlə görüşmədi…
– Futbolçularımı da başa düşmək olar. “Neftçi”nin böyüklüyü, əzəməti odur ki, 3 qələbədən sonra stadion doldu. Turnir cədvəlində 6-cı pilləsində olsaq da, işlərimiz yaxşı getməsə də, belədir. Bizə olan tələblərlə ən yüksək yerlərdir. Üç qələbəmiz azarkeşə çox ümid vermişdi. Sənə inanıb gəlirlər, üzülüb gedirlər. Futbolçular da insandır. Paltardəyişmə otağında ağlayan, üzülən oyunçular var. Bəlkə də ən doğrusu azarkeş yanına getməmək idi. Ümidlər qırıldı. Dünya dağılmayıb. Sabah yenə “Qarabağ”la oynayacağıq. Çalışacağıq ki, orda qalib gələk. Futbolçularıma haqq qazandırmıram, başa düşmək olar.

Komandanızın avrokuboklara vəsiqə qazanmaq potensialı var? Uğursuzluğa düçar olsaz, sizin üçün faciə olacaq?
– 1-2 ay bundan qabaqkı komandadan xəbəriniz var da. “Neftçi” 9-cu pillədə idi. Komandanı avrokuboklara daşımaq çox istəyirik. Məqsədim futbolçularıma bu istəyi aşılamaqdır. Hər oyuna son oyun kimi çıxsınlar. Bu vaxta qədər komanda ruhsuz, istəksiz oynayır deyə, bizi haqlı olaraq günahlandırırdılar. “Neftçi”yə avorkuboklar yaraşır. Amma çox çətin dönəmdəyik. Söz verirəm ki, əlimizdən gələni edəcəyik.

Emin Mahmudov son matçlarda xüsusi fəallıq göstərir. Kapitan sarğısında dəyişilik ola bilər?
– Xeyr, olmayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2026
17:10

Mexikoda iğtişaş - Polis azarkeşlərlərə dronlarla hücum etdi

16:50

Braziliya millisinin sabiq üzvü karyerasını bu klubda davam etdirəcək - RƏSMİ

16:17

"Penalti olmasaydı, Fransa üstünlük əldə edə bilməzdi"

15:39

Tezliklə Kloppun təyinatı elan olunacaq - Fabritsio Romano açıqladı

15:08

"Real Madrid" yeni ulduzunun transferini rəsmən açıqladı

14:43

Mingəçevirdə yeni güləş zalı istifadəyə verilib

14:22

Mərakeş qitəsinin "cığıraçan"ı oldu

13:56

Qranit Caka London nəhənginə keçməkdən son anda imtina etdi

13:17

Yusubov Avropa Kubokunun finalında uduzdu

12:59

Azərbaycan idmançıları final mərhələsinə yüksəldilər

12:40

Braziliya millisinin baş məşqçisi Norveçdən çəkinir - "Yaponiya ilə çətin oyundan sonra..."

12:24

Didye Deşam Paraqvay ilə oyundan nə danışdı?

11:59

Azərbaycan millisi qrupda son oyununa çıxır

11:26

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:00

Mbappe mundial tarixində heç kimin bacarmadığını etdi - Rekord

10:28

Günün oyunları bu kanallarda - AFİŞA

10:04

DÇ-2026: Braziliya millisi Holandlı Norveçi yenə biləcək?

09:32

Fransa - Paraqvay oyununun ən yaxşısı bilindi - Bu, komandasına qələbə qazandıran Mbappe deyil

09:00

DÇ-2026: İlk 1/4 final cütü bilindi

03:05

DÇ-2026: Fransa seçməsinə 1 qol bəs etdi

00:52

Kanada - Mərakeş matçının ən yaxşı futbolçusu bilindi

04 İyul 2026
23:39

"Arsenal" və "Mançester Siti" Entso Fernandesin transferində israrlıdır

23:03

DÇ-2026: İlk 1/4 finalçı müəyyənləşdi

22:48

"Neftçi" Dünya Qadın Seriyasında yarımfinala yüksəldi

22:09

DÇ-2026: Fransa yığması Paraqvayı sınağa çəkir

21:45

"İmişli"də daha bir ayrılıq

21:09

"Mançester Yunayted" Jül Kundeni heyətinə qata bilər

20:48

"Fulhem" Krisensio Sammervil uğrunda mübarizəyə qoşulub

20:14

Kiki Ramos ilk dəfə Argentina millisinə dəvət olunub

19:48

İspaniya nəhəngi Harri Keyn transferindən imtina edib

19:13

"Barselona" Xulian Alvares üçün vaxtı məhdudlaşdırıb

18:47

"Lids Yunayted" Zion Suzukini heyətinə qatmağa yaxındır

18:14

Amad Diallo "Mançester Yunayted"də qalır

17:43

DÇ-2026-da 1/8 final həyəcanı Kanada - Mərakeş matçı ilə başlayır

17:20

"İmişli"dən ayrıldı, "Səbail"ə keçdi

17:18

"Ölkəmizi layiqincə təmsil etdik" - Bubişta

16:46

"Səni lazım olan qədər yaxşı saymırlarsa..." - Palmer Tuxelin qərarı ilə razı deyil

16:19

"Daha yaxşı oynayan komanda qələbə qazandı"

15:42

Qazax rayonunun Daş Salahlı kəndində yeni güləş zalı istifadəyə verildi

15:07

Messi rekordlardan doymur

Facebookdan bizi izləməyi unutmayın.
X