Türkiyənin 1-ci Liqasında 26-cı tur start götürüb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” səfərdə “Manisa”nın qonağı olub.
Görüş “Boluspor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. İsgəndərli matçın 86-cı dəqiqəsində meydana çıxıb.
Xallarının 37-ə çatdıran Bolu təmsilçisi turnir cədvəlində 7-ci pilləyə yüksəlib.