Əvəzedicilər Liqasının 24-cü turunun oyunları ilə bağlı mövcud hava durumu, stadionların ümumi vəziyyəti nəzərə alınaraq “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək matçın fevralın 25-də saat 15:00-da “Azersun Arena”da oynanılması nəzərdə tutulub.
Fanat.Az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Xəbərdə o da qeyd olunub ki, bu gün keçirilməli olan, lakin təxirə salınmış “Şamaxı-2” – “Turan Tovuz-2” və “Zirə-2” – “Kəpəz-2” oyunları ilə bağlı əlavə məlumat veriləcək.