Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Albaniya Kubokunun yarımfinalına yüksəlib.
Fanat.Az xəbər verir ki, 1/4 finalda "Bilis" ilə üz-üzə gələn Rroqojine təmsilçisi istəyinə 2:2 hesablı heç-heçə sayəsində çatıb.
Zamiqin komandası ilk oyunda 3:1 hesabı ilə qələbə qazandığı üçün növbəti mərhələyə adlayıb.
90 dəqiqə meydanda olan Əliyev 24-cü dəqiqədə sarı vərəqə alıb.
Nihat