Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Radomyak” klubunda ilk qolunu vurub.
Fanat.Az-ın məlumatına görə, 25 yaşlı forvard komandadakı debüt matçında fərqlənib.
Ekstraklassanın XXIII turunda “Vidzev”lə heç-heçə etdikləri görüşün (1:1) 80-ci dəqiqəsində oyuna qoşulan forvard 90-cı dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Radomyak" fevralın 24-də Dadaşovu heyətinə qatdığını açıqlayıb.