Azərbaycanda “Barselona”nın futbol akademiyası yaradılacaq.
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kataloniya klubunun prezidenti Juan Laportanı qəbul edərkən bildirib.
Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı vurğulanıb, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.