Türkiyənin 1-ci Liqasında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin komandası - "Çorum" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Iğdır"a 0:1 hesabı ilə uduzub. Diniyev meydana görüşün 77-ci dəqiqəsində buraxılıb.
Hazırda 39 xalı olan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.
Nihat