Misli Premyer Liqasının 27-ci turunda Tovuzda "Kəpəz"in qonağı olacaq "Qarabağ" oyuna 4 itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev deyib:
"Elvin Cəfərquliyev və Musa Qurbanlı "Araz-Naxçıvan"la oyundakı insidentə görə cəzalı duruma düşüblərsə, Marko Yankoviç sarı vərəqə limiti dolduğu üçün "Kəpəz"ə qarşı oynaya bilməyəcək. Abbas Hüseynov isə hələ zədəsini sağaltmayıb. Hazırda Abbas fərdi məşqlər etsə də, kollektiv çalışmalara qatılmır".
Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşması martın 15-də keçiriləcək. Oyun 17:00-da başlayacaq. "Köhlən atlar" 63 xalla çempionatın turnir cədvəlinə başçılıq edirsə, 22 xalı olan "Kəpəz" 9-cu yerdədir.
Nihat