Azərbaycan millisinin futbolçuları Rahil Məmmədovla Renat Dadaşovun komandası -
“Radomyak” Polşa Ekstraklassasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Radom təmsilçisi XXV turda "Lexiya"nı qəbul edib.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start "11-llik"də çıxan Renat 86-cı dəqiqədə əvəzlənib. Rahilin adı iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, 31 xalı olan "Radomyak" ölkə çempionatının turnir cədvəlində 12-ci sırada mövqe tutub.
Nihat