Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuzda "Qarabağ"lə qolsuz bərabərliyə nail olan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra təşkil edilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Azarkeşlərə təşəkkür edirəm. İlk 15 dəqiqədə yaxşı təsir bağışlamadıq. Sonradan öz oyunumuzu oynadıq. "Qarabağ"a qarşı mübarizə aparmaq asan deyil. Əks-hücumlardan istifadə etməyi uyğun saydıq. Bu rəqibə qarşı belə oynamağı planlaşdırmışdıq. 1 xal qazandıq. Bu, bizim üçün önəmli xaldır.
Qurban müəllim deyir ki, meydan sulanmamışdı? Mən Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Onun sözlərində həqiqət var. Deyirsə, deməli, düz deyir. Əlbəttə, bu, "Qarabağ"a daha çox problem yarada bilər. Çünki onlar daha sürətli, daha hazırlıqlıdılar. Amma meydanda hər iki komandaya təsiri olur.
Yeqor Xvalko niyə ehtiyatda idi? Onun 3 sarı vərəqəsi var. Növbəti turda "Səbail"lə oynayacağıq. Xvalkonu cəzalı duruma düşməməsi üçün ehtiyatda saxladıq".
Nihat