Finlandiya Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün formasını geyindiyi HİK KuPS ilə qarşılaşıb.
Oyun HİK-in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Seçməmizin futbolçusu matçın 2-ci yarısında, hesab 1:1 olarkən oyuna qoşulub.
Bu qələbə sayəsində finala yüksələn Kökçünün komandası həlledici matçda "İnter Turku" ilə üz-üzə gələcək. Final martın 29-da vaş tutacaq.