Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ"ı qəbul edəcək "Turan Tovuz" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib:
"Cəzalı futbolçumuz yoxdur. Denis Marandiçi, Roderik Miller və Şəhriyar Əliyevin zədə səbəbindən "Qarabağ"a qarşı oynaya bilməyəcəkləri dəqiqdir. Joarlem Santosun isə meydana çıxıb-çıxmayacağına oyun günü qərar veriləcək".
Qeyd edək ki, martın 28-də baş tutacaq "Turan Tovuz" - "Qarabağ" matçı 19:30-da başlayacaq.
Nihat