21:47 28.03.2025 1661

Qurban Qurbanov 4:1-i belə dəyərləndirdi

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün "Turan Tovuz"un qonağı olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az-ın məlumatına görə, o, 4:1 hesablı qələbəni belə dəyərləndirib: 

"Futbolçularımı təbrik edirəm. Oyuna yaxşı hazırlaşa bilməmişdik. Son iki günə qədər 8-9 oyunçu ilə məşq etmişdik. 12 futbolçumuz milli komandalarda idi. Burada oynamaq xoş oldu. Texniki səhvlər çox olsa da, futbolçuların mübarizə əzmindən razı qaldım.  

Açılışda niyə iştirak etmədim? Oyuna hazırlaşırdıq. Komandanı qoyub açılışda iştirak etmək düzgün olmazdı. Mənim iştirakım o qədər də vacib deyildi".

- Oyunun keyfiyyəti sizi qane edirdi?

- Hələ yox. Ona çatmağa çox illər lazımdır. Sıx qrafikdə oynayan komandalar üçün heç də asan deyil. Bundan sonra özümüzə gələ bilərik. Ümumən futbolçularımdan razı qaldım.

- Bu gün "Turan Tovuz"un bazasının açılışında iştirak etməməyinizin səbəbi idi?

- Oyuna hazırlaşırdıq. Açılışda iştirak etməyim, komandanı qoyub getməyim uyğun olmazdı. Çox da önəmli deyildi. Əvvəldən təklif olmuşdu.

- Qapıda tez-tez rotasiyalar edirsiniz. Bu onların performansına necə təsir edir?

- Yaxşılığa doğru gedir. Gərək hər qapıçıya şərait yaradaq. Ən uyğun bu mövqeni çox da dəyişməməkdir. Amma onlara şans yaradırıq ki, hər zaman hazır olsunlar. Çünki gözləmədiyimiz şeylər ola bilər.

- Hakimliyin səviyyəsi oyuna uyğun idi?

- Bəzi epizodlarda narazılığım oldu. Ümumən hakim tempin düşməməsinə şərait yaradırdı.

- Fabian Buntiçə şans vermirsiniz. Onunla vidalaşacaqsınız?

- Qapıçı mövqeyi elədir ki, bir oyunçunun müntəzəm oynaması daha yaxşıdır. Amma biz indiki durumda qapıçılara da forma şansı qazandırmaq istəyirik. Limitə görə bəzən Şahruddini oynadırıq. Qarşıdakı matçlarda Buntiçə də şans verə bilərik

- Milli komandanın oyunlarından sonra Nəriman Axundzadənin azarkeşlərlə, Toral Bayramovun isə jurnalistlərlə problemi oldu. Sizin buna münasibətiniz necədir?

- İstəmərəm belə hallar olsun. Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada intizamlı olsunlar. Orada Nərimanın, Toralın hörmətsizlik etmək fikirləri olmayıb. Onların meydanda intizamsızlığı olmayıb. Bəzən qarşıdakı şəxsin danışıq tərzi insanın səs tonunun qalxmasına səbəb olur.

- Nəriman Axundzadənin adı "Molde" ilə hallanırdı. Kluba təklif gəlmişdi?

- Kluba real təklif gəlmişdi. Sadəcə klublar arasında anlaşma olmadı. Norveçdə transfer pəncərəsi ayın 27-si bitirdi. 2-3 gün ərzində qərar vermək bizim üçün asan deyildi.

- Elvin Cəfərquliyev millidə yenə qırmızı vərəqə aldı. Onun problemi nədir?

- Bunu nə siz bilirsiniz, nə mən. İstəməyərək alınan vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli, səhvlər edir. Təbii ki, daha diqqətli olmalıdır.

- Yayda müqaviləsinin müddəti başa çatacaq futbolçularla danışıqlara başlamısınız? 

- Yox, hələ qarşıda bir neçə ay var. Dəyişikliklər etmək istəyirik. Çox diqqətli olmalıyıq. İşimizi davam etdiririk. Mayın sonlarına yaxın qərarlar verəcəyik. Yəqin ki, gələnlər olacaq. Amma neçə futbolçu gətirəcəyimizi də indidən demək olmaz.

Nihat

 

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X